NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin İrəvana səfəri nə ilə əlaqəlidir? Sabiq baş katibi Ermənistanda nə maraqlandırır?
BUTA.TV xəbər verir ki, bu suallara cavabında politoloq Elxan Şahinoğlu hazırda onun “Rasmussen Qlobal” siyasi konsaltinq təşkilatının təsisçisi olduğunu bildirib.
“Rasmussen özü danimarkalı olduğundan təşkilatın baş ofisi Kopenhagen şəhərində yerləşir, Brüsseldə, Berlində, Londonda və Vaşinqtonda ofisləri var. Təşkilat təhlükəsizlik, transtlantik əlaqələr, Avropa İttifaqı mövzularında məsləhətlər verirlər. Bu, Rusiya ilə hərbi ittifaqa və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına marağı azalan hazırki Ermənistan hökumətinin diqqətini çəkən sahələrdir. Rasmussenin konsaltinq şirkəti 2016-cı ildə Ukraynanın keçmiş prezidenti Proşenkoya təhlükəsizlik sahəsində islahatların dərinləşdirilməsi məqsədilə məsləhətlər verib. Rasmussenin özü isə Poroşenkonun ştatdankənar müşaviri olub. Rasmussenin Poroşenkoya nə qədər uğurlu müşavir olduğu ayrı mövzudur, əsas odur ki, NATO-nun keçmiş baş katibi Qərbin təhlükəsizlik və iqtisadi institutlarına maraq göstərən dövlət liderlərinə pullu məsləhətlər verir”, - o qeyd edib.
Politoloq vurğulayıb ki, görünür, Nikol Paşinyanın və onun komandasının da eyni səpkili məsləhətlərə ehtiyacı var. Rasmussen ona görə İrəvanda görüşlərə başlayıb.
- 70 yaşlı kişinin ölümünə eşşək səbəb olub? - Həkim
- Bakıdan bu şəhərə birbaşa reys açılır
- Uşaqların sosial şəbəkədən istifadəsi: Yeni qadağalar...
- Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi...
- Oman sahillərində tanker yandı: itkilər var - Video
- Ordumuz Xəzərdə “düşməni” məhv etdi - Foto
- “Highland Residence”də mənzillər 20 ilədək ipoteka imkanı ilə
- Vəzifəli şəxslər küçə itlərinin yempulunu da mənimsəyiblər