Aprel ayının 1-də saat 02:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Daxili İşlər Nazirliyinin Yardımlı rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi birgə tədbirlər nəticəsində Yardımlı rayonunun Avaş kəndi yaxınlığında 13 kiloqram 525 qram narkotik vasitənin və 1500 ədəd metadon M-40 psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Bu barədə BUTA.TV-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən xəbər verilib.
Ərazidə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 3 (üç) nəfər Yardımlı rayonunun Avaş kənd sakini şübhəli şəxs qismində saxlanılıblar.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu
- İki gün güclü külək əsəcək - Xəbərdarlıq
- Baş nazirdən iclas: bu qurumlara tapşırıqlar verdi
- Yaşayış binasında partlayış: ana xəsarət aldı, övladı öldü
- Göldə iki uşaq boğuldu - Biri babası evinə qonaq gəlibmiş
- Ermənistanda deputat seçilən Həsənov... - Qızı Türkiyə klubunun rəhbərliyindədir