Müğənni Təranə Qumral həyat yoldaşı Musa Musayevin dünyaca məşhur və dillərdə əzbər “Amor Mio” ifasını məsxərəyə qoyanlara cavab verib.
BUTA.TV Bizim.Media -ya istinadən xəbər verir ki, sənətçi sözügedən məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək, izləyiciləri təhqir edib.
“Danışıb, dayandınız? Sözüm sosial şəbəkələrdə haqqımızda yazanlaradır: İt hürər, karvan keçər. Bunun nə zaman dayanacağını gözləyirəm. Narahat olmayın, quduzluq iynənizi də almışam, bu yaxınlarda vuracağam”, - deyə Təranə vurğulayıb.
Müğənni sosial şəbəkə əhlindən gələcək tənqidlərdən özünü qorumaq üçün paylaşımının şərh bölməsini bağlayıb.
- Bu ərazilərdə qaz olmayacaq
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu
- İki gün güclü külək əsəcək - Xəbərdarlıq
- Baş nazirdən iclas: bu qurumlara tapşırıqlar verdi
- Yaşayış binasında partlayış: ana xəsarət aldı, övladı öldü
- Göldə iki uşaq boğuldu - Biri babası evinə qonaq gəlibmiş