İranın Ermənistan və Azərbaycandakı səfirlərinin dəyişdirilməsi qərarı diplomatik missiya müddətinin başa çatması ilə bağlı rotasiya deyil, konkret siyasi məqsədlər güdür.
BUTA.TV xəbər verir ki, bunu iranşünas Vardan Voskanyan erməni mediasına açıqlamasında İranın Ermənistandan sonra Azərbaycanda da səfirini dəyişəcəyi barədə məlumatı şərh edərkən deyib.
O bildirib ki, Tehran Ermənistana münaqişə zonalarında təcrübəsi olan diplomatı səfir təyin edib:
“Mehdi Sübhani hazırda İranın Suriyadakı səfirliyinə rəhbərlik edir. Həmçinin, Pakistanda da işləyib. Buna görə onun Ermənistana səfir təyin edilməsi qərarı konkret mesaj idi. Tehran Cənubi Qafqaz regionunda öz siyasi kursunu daha ağlabatan və aydın şəkildə təbliğ etmək niyyətində olduğunu açıq şəkildə bildirir”.
Vardan Voskanyanın sözlərinə görə, İranın Azərbaycandakı gələcək səfiri Müctəba Dəmirçi də təcrübəli diplomatdır:
“O, Qazaxıstan (2014-2018) və Gürcüstanda (2006-2010) diplomatik missiyanın rəhbəri, İranın Azərbaycandakı səfirliyinin ikinci katibi vəzifəsində fəaliyyət göstərib”.
O, həmçinin, Tehranın Bakıdakı hazırkı səfiri Abbas Musəvidən o qədər də razı olmadığını əlavə edib.
- Bu ərazilərdə qaz olmayacaq
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu
- İki gün güclü külək əsəcək - Xəbərdarlıq
- Baş nazirdən iclas: bu qurumlara tapşırıqlar verdi
- Yaşayış binasında partlayış: ana xəsarət aldı, övladı öldü
- Göldə iki uşaq boğuldu - Biri babası evinə qonaq gəlibmiş