Formula-1 üzrə dünya çempionatında çıxış edən "Alpin" komandasının pilotu Pyer Qasli Azərbaycan Qran Prisini buraxa bilər.
BUTA.TV xəbər verir ki, buna 27 yaşlı fransalı sürücünün Avstraliyadakı yarışda qəza törətməsi səbəb olub.
Qasli komanda yoldaşı Esteban Okonla toqquşub, nəticədə hər iki pilotun bolidi trasdan çıxaraq baryerə çırpılıb. Onlar yarışa davam edə bilməyiblər.
Pyer Qasli qəzada təqsirli bilinsə, iki cərimə xalı alacaq və Bakıdakı Qran Prini buraxacaq. Hazırda onun 10 cərimə xalı var.
"Alpin"in ehtiyat sürücüsü Formula-2-də mübarizə aparan Cek Duendir.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə təşkil olunacaq.
- Dövlətə borcu olan milyonlarla manatlıq şirkətlər ləğv edilir
- Bu ərazilərdə qaz olmayacaq
- Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu
- İki gün güclü külək əsəcək - Xəbərdarlıq
- Baş nazirdən iclas: bu qurumlara tapşırıqlar verdi