Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdinin təşkilatçı və iştirakçılarından 3 nəfərin adı məlum olub.
BUTA.TV xəbər verir ki, bununla bağlı Teleqram kanallarında foto paylaşılıb.
Qeyd edilib ki, sui-qəsdin təşkilatçısı Azər Kamran oğlu Səricanovdur. O, 1976-cı ildə Salyan rayonunda anadan olub, 2010-2019-cu illərdə 11 dəfə İrana səfər edib. Onun köməkçisi Elşad Tofiq oğlu Əsgərovdur. 1983-cü ildə Bakıda anadan olan E.Əsgərov 2013-18-ci illərdə 9 dəfə İranda olub. Millət vəkilinə atəş açan isə Səbuhi Vəliyəddin oğlu Şirinovdur. 1986-cı il təvəllüdlü S.Şirinov 2017-22-ci illərdə 15 dəfə İranda səfərdə olub.
Qeyd edək ki, dünən verilən rəsmi açıqlamaya görə, DİN, DTX və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb. Hazırda onlar DTX-da dindirilir.
- Rusiyada 3 azərbaycanlı barədə qərar verildi
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi
- AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video
- Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik