Xəbər verdiyimiz kimi, kənd təsərrüfatı naziri İnam Kərimovun Ali Məhkəməyə hakim təyin olunması ilə bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib və parlamentin sabahkı iclasının gündəliyinə daxil ediləcəyi gözlənilir.
BUTA.TV xəbər verir ki, İnam Kərimovun Ali Məhkəməyə təyinatı onun ixtisası ilə bağlıdır.
Belə ki, 1977-ci il təvəllüdlü İnam Kərimov 1984- 1994-cü illərdə S.C.Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında təhsil alıb, 1994–1995-ci illərdə ABŞ-ın İndiana ştatında yerləşən Riçmond orta məktəbində təhsilini davam etdirib.
1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olub.
1998—2000-ci illərdə Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr, 2000–2002-ci illərdə isə Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb.
2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi əldə edib.
İngilis, fransız, rus və fars dillərini bilir.
- Dövlətə borcu olan milyonlarla manatlıq şirkətlər ləğv edilir
- Bu ərazilərdə qaz olmayacaq
- Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu
- İki gün güclü külək əsəcək - Xəbərdarlıq
- Baş nazirdən iclas: bu qurumlara tapşırıqlar verdi