Azərbaycan Dövlət Akademik Balet və Opera Teatrının direktoru, əməkdar incəsənət xadimi Akif Məlikov işdən çıxarılıb.
Kult.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.
A.Məlikovla imzalanan müqavilənin müddəti qurtarıb. Yaş həddinə görə onunla yeni əmək müqaviləsi imzalanmayıb.
Qeyd edək ki, A.Məlikov 1950-ci ildə Bakı şəhərində anadan olub. O, 1987-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sərəncamçı direktoru, 1989-cu ildə isə direktor vəzifəsinə təyin edilib və bu günə kimi həmin vəzifəni icra edib.
Xatırladaq ki, Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 müəyyən edilmişdir. Həmin müəssisələrin 65 yaşına çatmış işçisinin müəssisədə çalışma müddətinin uzadılması və ya əmək münasibətlərinə xitam verilməsi barədə qərar müvafiq dövlət orqanının rəhbəri tərəfindən verilir.
- Dövlətə borcu olan milyonlarla manatlıq şirkətlər ləğv edilir
- Bu ərazilərdə qaz olmayacaq
- Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu
- İki gün güclü külək əsəcək - Xəbərdarlıq
- Baş nazirdən iclas: bu qurumlara tapşırıqlar verdi