Rusiya Milli Antiterror Komitəsi hərbi müxbir Vladlen Tatarskinin qətlini terror aktı adlandırıb.
BUTA.TV xəbər verir ki, bu barədə sözügedən komitə məlumat yayıb.
Məlumata görə, hücum Ukrayna xüsusi xidmət orqanları tərəfindən təşkil edilib:
“Vladlen Tatarskiyə qarşı törədilmiş terror aktı Ukraynanın xüsusi xidmət orqanları tərəfindən Navalnı Antikorrupsiya Fondu ilə əməkdaşlıq edən şəxslərdən olan agentlərin cəlb edilməsi ilə planlaşdırılıb. Saxlanılan Trepova da bu fondun fəal dəstəkçisi olub. Araşdırma davam edir”.
Qeyd edək ki, Tatarski ötən gün Sankt-Peterburqdakı "Strit-bar" kafesində baş verən partlayışda ölüb. Kafenin “Vaqner”in sahibi Priqojinə məxsus olduğu bildirilir.
Bu gün hərbi müxbir Vladlen Tatarskinin ölümünü şərh edən Priqojin hadisənin arxasında Ukrayna hakimiyyətinin dayanmadığını bildirmişdi.
- Dövlətə borcu olan milyonlarla manatlıq şirkətlər ləğv edilir
- Bu ərazilərdə qaz olmayacaq
- Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu
- İki gün güclü külək əsəcək - Xəbərdarlıq
- Baş nazirdən iclas: bu qurumlara tapşırıqlar verdi