Quba rayonunda fəhləni cərəyan vuraraq öldürüb.
Bu barədə BUTA.TV-a rayon prokurorluğundan məlumat verilib.
Aprelin 5-i saat 14 radələrində 1985-ci il təvəllüdlü Turab Nəsirovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı DOST İş Mərkəzi MMC xətti ilə Azəriqaz İB-nin Xaçmaz Regional Qaz İstismar İdarəsinin Quba Xidmət Sahəsinə fəhlə kimi təhkim edilmiş Turan Nəsirovun rayonun Amsar kəndi ərazisində elektrik dirəyindən ötürücü naqili kəsmək istəyən zaman cərəyan vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı
- Axundzadə: ruslar bundan şoka düşmüşdü... - Video
- Azərbaycan dövlətçiliyinin xilası… - Kamal Abdulla
- 1 həftə sonra məzun olacaqdı... - Foto
- Baş Gömrük İdarəsində əməliyyat - Saxlanılanlar var
- “Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq” - Video