Dünya Bankı (DB) 2023-2025-ci illər üzrə Azərbaycanın inflyasiya proqnozunu yeniləyib.
BUTA.TV xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilib. DB Azərbaycanda inflyasının 2022-ci ildəki 13,5%-dən 2023-cü ildə 8,5%-ə qədər azalacağını proqnozlaşdırıb. Bu isə Azərbaycan Mərkəzi Bankının gözləntilərinə yaxındır.
Belə ki, AMB-nin bu il üzrə inflyasiya proqnozu 8%-dir. Dünya Bankı həmçinin, 2024 və 2025-ci illərdə də Azərbaycanda inflyasiyanın azalacağını proqnozlaşdırıb. 2024-cü ildə bu rəqəm 6,2%, 2025-ci ildə isə 5,4% təşkil edəcək.
- Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı
- Axundzadə: ruslar bundan şoka düşmüşdü... - Video
- Azərbaycan dövlətçiliyinin xilası… - Kamal Abdulla