Dünən Bakıda “Toyota Prius” markalı avtomobillərlə avtoxuliqanlıq edən iki taksi sürücüsü saxlanılıb.
BUTA.TV xəbər verir ki, hadisə Səbail rayonu ərazisində baş verib.
Səbail Rayon DYP Şöbəsinin əməkdaşları ərazidə təhlükəli manevrlər edən iki taksi avtomobilini müəyyən edərək onları saxlayıblar.
“Toyota Prius” markalı, 99-PB-280 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Ziya Hacıyev, 77-CY-310 dövlət nömrə nişanlı avtomobili idarə edən Ramin İsrayılov barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə hər iki sürücü İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilib. Eyni zamanda, onların sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
- Qarsayd: Vardanyanın Troika sxemlərindən xəbərsiz olması... - Video
- Suriya ordusunda Azərbaycan modeli tətbiq ediləcək
- Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq - Ekspert
- Rusiyada 3 azərbaycanlı barədə qərar verildi
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi
- AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı