Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vətəndaşlara vəd verdiyi bəzi sürprizlərin təfərrüatı ortaya çıxıb.
BUTA.TV xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.
Bildirilir ki, hazırda üç istiqamət üzərində iş aparılır:
“Ailə hesabı”nın yaradılması - Yeni evlənən cütlüklərin məişət əşyaları və bənzəri xərcləri rahatlıqla etmələri üçün dövlət bankları 250 min lirə (22 min manat) civarında sərfəli faizlə kredit verəcək. Kreditlər üçün 2-3 il güzəştli dövr, daha sonra isə 10 il ödəmə müddəti tətbiq olunacaq.
Vətəndaşlıq fondu - Uşaqlar dünyaya gəldikdən sonra dövlət hər ay onlar üçün fonda 100 və ya 200 lirə yatıracaq. Yaşı 18-dən yuxarı olan hər kəs müəyyən şərtlər daxilində onun üçün yığılan pulu çıxara biləcək. Bu, müəyyən mənada “vətəndaşlıq maaşı” kimi olacaq. Ümumiyyətlə, toplanan pulların universitet təhsilində istifadə formuluna diqqət yetirilir.
Gənclər üçün bayram bonusu - Universitet tələbələrinə təqaüdçülər kimi ildə iki dəfə - dini bayramlarda bayram bonusu veriləcək. Universitet tələbələrinə “tətil pulu” adı altında veriləcək pulun 1000 TL civarında olması nəzərdə tutulur”.
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı
- Axundzadə: ruslar bundan şoka düşmüşdü... - Video
- Azərbaycan dövlətçiliyinin xilası… - Kamal Abdulla
- 1 həftə sonra məzun olacaqdı... - Foto