Azərbaycan bu hakimiyyətlə heç nədə razılaşmır, çünki Bakı istənilən prosesin onun göstərişi ilə baş verəcəyini çox gözəl başa düşür. Bakı anlayır ki, İrəvan hakimiyyətinin Azərbaycana müqavimət göstərmək şansı yoxdur. Hətta Rusiya və İran Ermənistana etibar etmir. Qərb də öz növbəsində Paşinyanı alətə çevirdi.
BUTA.TV xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan deyib.
O bildirib ki, Azərbaycan Ermənistana addım-addım təzyiq göstərir, onu güzəştə getməyə məcbur edir:
“Azərbaycan konkret olaraq irəliləyir. Hətta hərbi eskalasiya da lazım deyil, çünki düşünürəm ki, Azərbaycan kiçik addımlarla hər şeyə öz-özünə nail olacaq. Bakı hər şeyə nail olacaq. Bu hakimiyyətin bütün bunlara qarşı durmağa imkanları yoxdur. Diplomatik tribunalarda nə ordu, nə çəki, nə də müttəfiq var. Ordumuzun məğlubiyyət nəticəsində aldığı zərbələrdən sonra onu bərpa etmək çətindir, ordunun bərpası üçün onilliklər lazımdır. Azərbaycanın bərpası üçün demək olar ki, 30 il vaxt lazım oldu”.
- Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı
- Axundzadə: ruslar bundan şoka düşmüşdü... - Video
- Azərbaycan dövlətçiliyinin xilası… - Kamal Abdulla