"Zirə” futbol klubunun oyunçusu Donald Gerye məhkəməyə verilib.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi futbolçu ilə bağlı məhkəməyə müraciət edib.
İş Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. Ərizədən məlum olur ki, Donald Geryenin vergi borcu var və onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş olunur.
İşə xüsusi icraat qaydasında baxılacaq.
Qeyd edək ki, Donald Gerye uzun illərdir Azərbaycanda çıxış edir. O, 2017-ci ildə Türkiyənin "Alanyaspor" klubundan "Qarabağ"a transfer olunub. 2019-cu ildə "Neftçi"yə keçən haitili futbolçu bir il sonra yenidən "Qarabağ"a qayıdıb. 2021-ci ildə ölkəmizi tərk edən 34 yaşlı müdafiəçi bu ilin yanvarında Cənubi Kiprin "Olimpiakos" (Nikosiya) klubunu tərk edərək, "Zirə" ilə müqavilə bağlayıb.
- Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı
- Axundzadə: ruslar bundan şoka düşmüşdü... - Video
- Azərbaycan dövlətçiliyinin xilası… - Kamal Abdulla