Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsinin önündə sərxoş vəziyyətdə İran vətəndaşı olan sürücülər saxlanılıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, həmin sürücülər ərazidə Dövlət Yol Polisi əməkdaşları tərəfindən aşkar olunub.
Məlumata görə, onlar sərxoş vəziyyətdə öz ölkələrinə keçmək istəyirmişlər.
İlkin məlumata görə, onlar pivə qəbul ediblər.
Hər iki sürücünün avtomobili duracağa qoyulub, özləri isə alkoqoloji testə aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
- Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı
- Axundzadə: ruslar bundan şoka düşmüşdü... - Video
- Azərbaycan dövlətçiliyinin xilası… - Kamal Abdulla