Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində müvafiq icazəsi olmadan işğaldan azad edilmiş əraziyə daxil olmaq istəyən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BUTA.TV-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə Neftçala rayon sakini Qardaş Qurbanov rayon ərazisindəki stasionar postda saxlanılıb.
Araşdırma zamanı Q.Qurbanovun özünə məxsus mobil telefonda işğaldan azad edilmiş ərazilərə daxil olmaq üçün müvafiq icazəsi olan həmyerlisinə aid şəxsiyyət vəsiqəsinin fotosunu təqdim edərək keçmək istədiyi müəyyən edilib.
Onun bu əməli aşkar edildikdən sonra barəsində müvafiq qaydada protokol tərtib edilib və məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən o 10 gün müddətinə inzibati qaydada həbs edilib.
- Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı
- Axundzadə: ruslar bundan şoka düşmüşdü... - Video
- Azərbaycan dövlətçiliyinin xilası… - Kamal Abdulla