Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
BUTA.TV IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 306 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.
"Köhlən atlar"ın mövqeyi ötən ayla müqayisədə dəyişməz qalıb. Ölkə çempionu 149 xalla 62-ci pillədə qərarlaşıb.
Ağdamlılar Avropa təmsilçiləri arasında 39-cu, postsovet məkanında 1-cidir.
Türkiyə komandalarından "Fənərbağça" 173 xalla 32-ci, "Başakşehir" 130,5 xalla 87-ci, "Trabzonspor" 108,5 xalla 121-ci, "Sivasspor" 94 xalla 155-ci, "Qalatasaray" 76,5 xalla 226-cı, "Beşiktaş" isə 67,5 xalla 288-cidir.
İlk "3-lük"də müvafiq olaraq "Flamenqo" (Braziliya – 327 xal), "Real Madrid" (İspaniya - 298) və "Mançester Siti" (İngiltərə - 254) qərarlaşıb.
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?
- Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
- Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır
- Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video
- Azərbaycan şirkətləri Monteneqroda 1 milyard dollar investisiya qoyub
- Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - Video