Bakıda kirayə avtomobillə narkotik daşıyan dəstə yaxalanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən BUTA.TV-a verilən məlumata görə, YPX Alayının Xüsusi taqımının əməkdaşları “Kia Optima” markalı avtomobilin sürücüsünü təhlükəsizlik kəmərini bağlamadığı üçün saxlayıb. Sənədlərin yoxlanılması zamanı sürücü, Şəmkir şəhərində qeydiyyatda olan 21 yaşlı İmran Bayramovun davranışlarında narkotik vasitənin təsirindən yaranan sərxoşluq vəziyyətinin əlamətləri müşahidə olunduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.
Müayinə zamanı İmran Bayramovun kirayələdiyi avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunduğundan barəsində qanunamüvafiq tədbirlər görülüb.
Bununla yanaşı, saxlanılan avtomobilin yük yerindən ayrı-ayrı qablaşdırılmış ümumi çəkisi 1 kiloqram olan iki bükümdə narkotik vasitəyə bənzər maddə aşkar olunduğundan həmin nəqliyyat vasitəsində sərnişin qismində gedən Bakı şəhər sakini Orxan Gəncəliyev və Masallı rayon sakini Gülər Abdinova ərazi aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?
- Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
- Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır
- Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video
- Azərbaycan şirkətləri Monteneqroda 1 milyard dollar investisiya qoyub
- Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - Video