Fransa Xarici İşlər Nazirliyi 11 apreldə Laçın istiqamətidə ermənilərin təxribatı nəticəsində yaranan insidentlə bağlı Azərbaycana qarşı bəyanatla çıxış edib.
BUTA.TV xəbər verir ki, açıqlamada Ermənistan və Azərbaycan sərhədində, Dığ kəndi yaxınlığında baş verən və hər iki tərəfdən insan tələfatı ilə nəticələnən zorakılıqdan “dərin narahatlıq” ifadə edilib.
Fransa tərəfləri danışıqlar yolu ilə delimitasiya prosesinin dəstəkləməyə çağırıb, eyni zamanda Ermənistanın “ərazi bütövlüyünə hörmət” və Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xəttinin Ermənistan tərəfindəki "işğal olunmuş mövqelər”dən çıxarılmasını gələcək insidentlərin qarşısının alınması və regionda davamlı sülh üçün “vacib” hesab edib.
Fransa eyni zamanda sərhədin Ermənistan tərəfində yerləşdirilmiş, gərginliyin azaldılmasında "əsas rol oynayan" AB müşahidə missiyasının fəaliyyətini tam dəstəklədiyini vurğulayıb.
Rəsmi Paris AB ilə birlikdə Ermənistan və Azərbaycan arasında atəşkəsə hörmət, dialoq və danışıqların aparılması lehinə işləməyə davam edəcəyini bildirib.
- Maşını ildırım vurdu, yanğın oldu
- Aqrar sahə ilə bağlı regional müşavirələrə start verilir
- Pensiyaçılara şad xəbər
- 26 yaşlı oğlan kafedə qətlə yetirildi
- Müştəri taksidə qarət edildi: 120 minlik oğurluq - Foto
- "Veysəloğlu" AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda...
- Azərbaycan XİN Rusiyanı təbrik etdi
- Sosşəbəkədə yaş məhdudiyyəti: uşaqlar “aldada” biləcək?