Mingəçevir şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, Mingəçevir şəhər Xaldan şosesinin giriş istiqamətində, Günəşli, Bağlar və digər yaşayış massivlərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Şəhər sakinləri bildirib ki, artıq bir saatdan çoxdur ki, elektrik enerjisinin verilməsi dayandırılıb.
Qeyd olunub ki, həmin ərazilərə elektrik enerjisi ötürən xətdə qəza baş verib.
Hazırda aidiyyəti qurumlar tərəfindən yaranmış problemin aradan qaldırılması istiqamətində işlər aparılır.
- Maşını ildırım vurdu, yanğın oldu
- Aqrar sahə ilə bağlı regional müşavirələrə start verilir
- İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu
- Pensiyaçılara şad xəbər
- 26 yaşlı oğlan kafedə qətlə yetirildi
- Müştəri taksidə qarət edildi: 120 minlik oğurluq - Foto
- "Veysəloğlu" AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda...
- Azərbaycan XİN Rusiyanı təbrik etdi