Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları İrəvana çatıblar.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə yarışa hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Arayik Arutyunyan jurnalistlərə açıqlama verib.
O bildirib ki, İrəvana 12 nəfərlə gələn heyət əlavə təhlükəsizlik zəmanəti istəyib:
"Biz də təmin etdik. İdmanda münaqişəli ölkələrdən komandaların qəbulu adi təcrübədir. Ermənistan və Azərbaycan da Xorvatiya, Kosovo və digər ölkələr kimi Avropa Ağırlıqqaldırma Federasiyasının üzvləridir. Azərbaycan Avropa çempionatında iştirak üçün ərizə verə bilərdi və bunu da etdi".
"Sputnik Armenia"nın iddiasına görə, Azərbaycan nümayəndə heyətini Zvartnots hava limanında gücləndirilmiş polis dəstəsi qarşılayıb, xüsusi təyinatlılar də orada olub.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanın 4 ağırlıqqaldıranı qüvvəsini sınayacaq.
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi
- “Azerconnect Group” İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- Azərbaycanda qadın evində baltalanaraq öldürüldü
- Bakıda 66 yaşlı kişi dənizdə boğuldu
- “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
- Milli Məclis Prezident və xanımını təbrik etdi
- DYP məzunlara və valideynlərə müraciət etdi