Ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Balakən-Şəki zonasında intensiv olub.
BUTA.TV xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin faktiki hava ilə bağlı yaydığı məlumatda bildirilib.
Yağan intensiv yağışlarla əlaqədar saat 13:30-da Balakənçaydan (Balakən), 14:30-da Talaçaydan (Zaqatala), saat 16:30-da Qabırrı çayından (Samux) sel keçib.
Yağan yağıntının miqdarı: Zaqatalada 29.0 mm, Balakəndə 22.0 mm, Qaxda 18.0 mm, Naftalanda 14.0 mm, Şəkidə 9.0 mm, Oğuzda 7.0 mm, Şahdağda 6.0 mm, Şahbuz, Ordubadda 4.0 mm, Şərurda 3.0 mm, Sədərəkdə 2.0 mm, Naxçıvan, Gədəbəy, Göygöl, Quba, Mingəçevir, Yevlax, İmişli, Sabirabad, Neftçala, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.
Külək: Şimal-qərb küləyi arabir Naftalanda 32 m/s, Daşkəsəndə 30 m/s, Ağdamda 28 m/s, Göyçay, Cocuqmərcanlıda 25 m/s, Tərtər, Mingəçevir, Yardımlı, Zərdab, Gəncədə 24 m/s, İsmayıllı, Şirvan, Bərdədə 22 m/s, Kəlvəz, Göygöldə 21 m/s, Astara, Balakən, Beyləqan, Şəki, Zaqatala, Ağstafa, Şahdağ, Gədəbəydə 20 m/s, Qobustanda 19 m/s, Altıağac, Çeyrançöl, Yevlax, Kürdəmir, Tovuz, Cəfərxanda 18 m/s, Lerik, Ağsu, Sabirabadda 17 m/s, Naxçıvan, Xaltan, Qrız, Şirvan, Biləsuvarda 16 m/s, Qaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.2 metrə çatıb.
Dolu: Aprelin 13-ü saat 12:14-13:03 radələrində Əlibəy (Zaqatala) ərazisində leysan yağış ilə bərabər diametri 5 mm, saat 14:10-14:20 radələrində Yevlax, Tərtərdə diametri 3 mm, saat 11:55-də Zaqatala şəhərinin şimal hissəsinə, saat 13:15 radələrində Qax rayonu Güllük kəndi ərazisinə, saat 13:28-də Şəki rayonuna, saat 15:40 radələrində isə Xınalıqda dolu düşüb.
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi
- “Azerconnect Group” İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- Azərbaycanda qadın evində baltalanaraq öldürüldü
- Bakıda 66 yaşlı kişi dənizdə boğuldu
- “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
- Milli Məclis Prezident və xanımını təbrik etdi
- DYP məzunlara və valideynlərə müraciət etdi