Ötən gün İrəvanda baş tutan ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində səhnədən Bayrağımızın qapılaraq, yandırılması, daha sonra isə idmançılarımızın oteldə qalaraq, mediaya və ətrafa çıxışının bloklanmasına cavab olaraq, Azərbaycan Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin çempionatdan imtina edilməsi qərarına İrəvandan reaksiya gəlib.
BUTA.TV xəbər verir ki, Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin birgə bəyanatında Azərbaycanın öz idmançılarını İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatından çıxarmaq qərarınının “idman etikası baxımından narahatlıq doğuran məsələ” olduğu qeyd edilib.
Bəyanatda bildirilib ki, Ermənistan Respublikası “bütün təhlükəsizlik standartlarına əməl olunmasını təmin edib”:
"Çempionatda iştirak etmək üçün İrəvana gələn ağırlıqqaldıranların təhlükəsizliyi ilə bağlı heç bir problem yox idi və yarana da bilməzdi. Açılış mərasimində baş verən və çox tez həll olunan insidentin idmançıların təhlükəsizliyinin təminatına heç bir bağlılığı yoxdur. Onların yarışlarda iştirakı üçün bütün lazımi şərait tam şəkildə təmin edilib”.
Nazirlik Ermənistanın Beynəlxalq Ağır Atletika Federasiyası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə sadiq olduğunu da iddia edib.
- DOST mərkəzi yanır
- Temperatur 35 dərəcəyə yüksələcək
- Nazir hesabat verdi: Dövlət büdcəsi xərclərinin 40%-i...
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi
- “Azerconnect Group” İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- Azərbaycanda qadın evində baltalanaraq öldürüldü
- Bakıda 66 yaşlı kişi dənizdə boğuldu