Türkiyənin milli müdafiə naziri Hulusi Akar aprelin 11-də Azərbaycan-Ermənistanda şərti sərhədində baş verən və nəticədə 3 hərbçimizin şəhid olduğu hərbi toqquşma ilə bağlı azərbaycanlı həmkarı, general-polkovnik Zakir Həsənova başsağlığı məktubu göndərib.
BUTA.TV xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.
"Dəyərli qardaşım" ifadəsi ilə başlayan məktubda Akar Azərbaycan xalqının kədərini ürəyində hiss etdiyini bildirib:
"Türkiyə və Azərbaycan iki dövlət, bir millət prinsipi ilə daim bir-birinin yanındadır. Bu günə qədər olduğu kimi, bundan sonra da can qardaşlarımız olan Azərbaycan türklərinin haqlı mübarizəsində bütün imkanlarımızla yanınızda olmağa davam edəcəyik. Şəhidlərimizə Allah rəhmət eləsin, qardaş Azərbaycan xalqının və Müdafiə Nazirliyinin dəyərli əməkdaşlarının kədərlərini paylaşır, başsağlığımızı çatdırırıq".
- DOST mərkəzi yanır
- Temperatur 35 dərəcəyə yüksələcək
- Nazir hesabat verdi: Dövlət büdcəsi xərclərinin 40%-i...
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi
- “Azerconnect Group” İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- Azərbaycanda qadın evində baltalanaraq öldürüldü
- Bakıda 66 yaşlı kişi dənizdə boğuldu