Türkiyə yeni dövrə başlayır. Türkiyənin ötən yüz ili təkcə bizim yox, dost və qardaş ölkələr başda olmaqla bütün dünya üçün əhəmiyyətlidir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Qurtulmuş keçirdiyi mətbuat konfransında deyib.
“Ona görə də bütün dünya seçkilər prosesini diqqətlə izləyir. Dost və qardaş ölkələrin diqqətini müşahidə edirik. Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) Türkiyədəki seçkiləri Azərbaycandakı seçkilər kimi diqqətlə izləyir. Onlar Azərbaycanın gələcəyinin Türkiyə ilə yaxından bağlı olduğunu əsas götürərək seçkiləri diqqətdə saxlayırlar”, - sədr müavini bildirib.
N. Qurtulmuş vurğulayıb ki, Türkiyədə olan azərbaycanlı deputatlar, jurnalistlər seçkilərə dəstək verirlər:
“Buna görə də hakim partiyanın sədri Prezident İlham Əliyev başda olmaqla, bütün Azərbaycan xalqına təşəkkür edirəm. Ümid edirəm, bu seçkilərin nəticəsində təkcə Türkiyə yox, həm də Azərbaycan güləcək və biz daha güclü region üçün mübarizə aparacağıq”.
- DOST mərkəzi yanır
- Temperatur 35 dərəcəyə yüksələcək
- Nazir hesabat verdi: Dövlət büdcəsi xərclərinin 40%-i...
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi
- “Azerconnect Group” İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- Azərbaycanda qadın evində baltalanaraq öldürüldü
- Bakıda 66 yaşlı kişi dənizdə boğuldu