Avropa Ağır Atletika Federasiyası 14 aprel 2023-cü ildə Ermənistanın paytaxtı İrəvanda Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı baş verən hadisəni – bir nəfərin Azərbaycan Bayrağını yandırmasını qəti şəkildə qınayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Federasiyanın bəyanatında qeyd olunub.
“Avropa Ağır Atletika Federasiyası bu son dərəcə ciddi və təəssüf doğuran jesti idman dəyərlərinin bütövlüyünə və ədalətli oyunun universal prinsiplərinə dair bir hücum kimi nəzərdən keçirir.
Avropa Ağır Atletika Federasiyası bu hadisəyə dərhal reaksiya verib, təşkilat komitəsinə mövqeyini bildirib. Federasiya daim Azərbaycan Respublikasından olan nümayəndə heyəti ilə, idmançılara, məşqçilərə və vəzifəli şəxslərə tam həmrəylik və dəstək ifadə edir", - bəyanatda qeyd olunub.
- Prezidentin köməkçisindən icra başçılarına çağırış
- Şuşada bu işləri görmək qadağan edilir
- DOST mərkəzi yanır
- Temperatur 35 dərəcəyə yüksələcək
- Sabah 35° isti olacaq
- Nazir hesabat verdi: Dövlət büdcəsi xərclərinin 40%-i...
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi