Ermənistanda hər düşünülməmiş guya “qəhrəmanlıq” addımı xoşagəlməz nəticələrə səbəb ola bilər.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş nazir Aparatının rəhbəri, Ağır atletika üzrə Avropa çempionatının Təşkilat Komitəsinin sədri Araik Arutyunyan çempionatın açılışında Azərbaycan bayrağının yandırılması ilə bağlı insidenti şərh edərkən bildirib.
"Azərbaycan bayrağı ilə bağlı insident tərəqqi yolunda uğursuzluğa işarədir", - Arutyunyan vurğulayıb.
Qeyd edək ki, aprelin 14-də İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində tədbirin təşkilatçılarından olan stilist Aram Nikolyanın səhnəyə qaçaraq, Bayrağımızı qapıb yandırması səbəbindən Azərbaycan idmançıları yarışda iştirakdan imtina edib və Vətənə qayıdıblar.
- Prezidentin köməkçisindən icra başçılarına çağırış
- Şuşada bu işləri görmək qadağan edilir
- DOST mərkəzi yanır
- Temperatur 35 dərəcəyə yüksələcək
- Sabah 35° isti olacaq
- Nazir hesabat verdi: Dövlət büdcəsi xərclərinin 40%-i...
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi