Kürdəmir rayonunda ağır yol qəzası baş verib, xəsarət alanlar var.
BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, QAZel markalı nəqliyyat vasitəsilə Gəncə istiqamətində hərəkətdə olarkən yol kənarında dayanmış DAF markalı TIR-ın arxa hissəsinə çırpılıb.
Nəticədə QAZeldə olan Biləsuvar rayon sakini 32 yaşlı Əliyev Elçin Xudarəhim oğlu, Cəlilabad rayon sakinləri, 34 yaşlı Abbasov Zabil Xanlar oğlu və 42 yaşlı Həsənov Rüstəm Zakir oğlu ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım avtomobilinin köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.
Hazırda faktla bağlı araşdırma aparılır.
- Xüsusi qabiliyyət imtahanlarına start verilir
- "Qurtuluş"un rəhbəri hakim qarşısında...
- Məcburi köçkün statusu yenidən tənzimlənir
- Yaş məhdudiyyəti: yeni cərimələr müəyyənləşir
- 4 xəstəxanada yoxlama aparılır - Rəsmi
- TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır
- TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib
- Azərbaycanda zəlzələ oldu