Ukraynanın müharibədəki itkiləri Türkiyədə fevral ayında baş vermiş zəlzələ qurbanlarının sayından azdır.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.
“Təbii ki, itkilərimiz var, çünki müharibədəyik. Ancaq onlar rusların itkilərindən daha azdır. Rəqəm deyə bilmərəm, amma sizi əmin edə bilərəm ki, ümumi sayı Türkiyədə zəlzələ nəticəsində həyatını itirənlərin sayından azdır”, - Reznikov bildirib.
Qeyd edək ki, bu ilin fevralın 6-da Türkiyədə baş verən zəlzələ nəticəsində 50 min 500 nəfər həyatını itirib.
- Xüsusi qabiliyyət imtahanlarına start verilir
- "Qurtuluş"un rəhbəri hakim qarşısında...
- Məcburi köçkün statusu yenidən tənzimlənir
- Yaş məhdudiyyəti: yeni cərimələr müəyyənləşir
- 4 xəstəxanada yoxlama aparılır - Rəsmi
- TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır
- TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib
- Azərbaycanda zəlzələ oldu