Azərbaycana gələn turistlərin sayına görə Türkiyə ilk beş ölkə arasındadır.
BUTA.TV xəbər verir ki, bunu 26-cı Şərqi Aralıq dənizi Beynəlxalq Turizm Sərgisi çərçivəsində Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib.
O qeyd edib ki, 2022-ci ildə Azərbaycana Türkiyədən 311 min turist gəlib.
"Bu, Türkiyənin Azərbaycanda turizm sənayesi üçün nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir. Türkiyədən daha çox turist cəlb etmək potensialımız var. Ölkələrimizin vətəndaşları yalnız şəxsiyyət vəsiqəsi ilə, vizasız və pasportsuz səyahət edə bilərlər”, - B.Əsgərov deyib.
Onun sözlərinə görə, Azərbaycan təbii sərvətlərlə və tarixi abidələrlə zəngindir və bu, ölkəni turistlər üçün cəlbedici edir:
“Azərbaycan yay, qış və müalicə turizmi infrastrukturunun inkişafına mühüm investisiyalar yatırıb. Bakı müasir və tarixi memarlığı ilə turistlərin diqqətini çəkir. Ölkənin şimalında, məsələn, Quba və Qusar şəhərlərində müasir qış turizmi mərkəzləri tikilib. Üç tarixi abidə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir. Bunlar Şirvanşahlar Sarayı və Bakının mərkəzində köhnə İçərişəhərin ərazisində Qız Qalasıdır. 2019-cu ildə siyahıya həm də ən cəlbedici turistik yerlər sırasında olan Şəki şəhərinin tarixi mərkəzi də daxil edilib. O, tarixi İpək Yolunun üzərində yerləşir”.
Büro nümayəndəsi onu da xatırladıb ki, bu yaxınlarda Şamaxı şəhəri Türk Dövlətləri Təşkilatı tərəfindən 2023-cü ildə türk dünyasının turizm paytaxtı elan edilib.
- ASAN Xidmət bu tarixdə işləməyəcək
- Biz Rusiya ilə döyüşə hazır olmalıyıq - Alman general
- Şuşa ilə bağlı bu qadağa ilk oxunuşda qəbul edildi
- Azərbaycanda milyonluq “şirkət tələsi” quranlar - Həbs olunublar
- İrandan PUA ilə narkotik keçirilməsinin qarşısı alındı
- “Azərsun Holdinq” Barbekü festivalının baş sponsorlarındandır
- Prezidentin köməkçisindən icra başçılarına çağırış
- Şuşada bu işləri görmək qadağan edilir