İranda 2020-ci il yanvarında Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulmasında iştirak ittihamı ilə silahlı qüvvələrin 10 hərbçisi həbs edilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.
Məlumata görə, komandir 10 il, daha 9 hərbçi isə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum edilib:
"Bu iş üzrə istintaq ölkədə son illərdə ən mühüm, həssas və mürəkkəb məhkəmə proseslərindən biri olub".
Komandirin bu addımı situasiyanı düzgün anlamaması və aşkarlanan hədəfin düşmənçilik xarakteri daşıdığına əsassız inanması ilə əlaqələndirilib.
- Bakının bu ərazisində yanğın başladı - Video
- Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...
- Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi
- Bu mərkəzin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olundu
- Azərbaycanda güclü zəlzələ: Dağıntı var?
- Bu rayonlarda ehsan ləğv olunub - Siyahı
- Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib?
- Deputatdan blogerlərlə bağlı təklif: Diplomu olmalıdır!