Abşeron rayonunda ölümlə nəticələnən zəncirvari qəza baş verib.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, hadisə Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Lökbatan qolunda “Daşlı yamac” adlandırılan ərazidə baş verib.
İlkin Məmməd oğlu Əbilov tərəfindən idarə edilən “Opel Combo” markalı, 77 XN 342 dövlət qeydiyyat nişanlı, Səxavət Qüdrət oğlu Mürvətov tərəfindən idarə edilən VAZ-2107 markalı, 90 VZ 093 dövlət qeydiyyat nişanlı və Sevinc Vilayət qızı Zeynalovanın idarə etdiyi “Nissan Micra” markalı,77 HN 489 dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması ilə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində “Nissan Micra” markalı, 77 HN 489 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Sevinc Vilayət qızı Zeynalova Bakı, şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 15 saylı Təcili Tibbi Yardım Stansiyasına aparılarkən yolda almış olduğu xəsarətlərdən ölüb.
Hadisə ilə bağlı Abşeron RPİ-nin İstintaq şöbəsində araşdırma aparılır.
- "Qurtuluş"un rəhbəri hakim qarşısında...
- Məcburi köçkün statusu yenidən tənzimlənir
- Yaş məhdudiyyəti: yeni cərimələr müəyyənləşir
- 4 xəstəxanada yoxlama aparılır - Rəsmi
- TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır
- TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib
- Azərbaycanda zəlzələ oldu
- Qəfil ölən keçmiş səfir tanınmış şəxsin qardaşı imiş