Ölkə ərazisində havaların soyuması ilə istilik mövsümünün uzadılması məsələsi yenidən gündəmə gəlib. Belə ki, bir müddət əvvəl Azəristiliktəchizat ASC istilik mövsümünün 1 ay uzadılması – yəni 1 noyabrdan 1 maya qədər davam etməsini təklif etmişdi.
Məsələ ilə bağlı BUTA.TV-a açıqlamasında Azəristiliktəchizat ASC-nin mətbuat xidmətinin rəhbəri Elvin Basqallı deyib ki, bu təklif bir müddət öncə irəli sürülüb.
“Biz də Energetika Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə araşdırmaların aparılması ilə bağlı müraciətlər etmişik”, - Basqallı bildirib.
E.Basqallı xatırladıb ki, istilik mövsümünün vaxtının dəyişdirilməsi asan proses deyil və əlavə enerji resursları, işçi heyəti və maliyyə vəsaitləri tələb edir:
“Hazırda bu məsələ müzakirə mərhələsindədir. Söhbət elə bir mexanizmdən gedir ki, mövsümün başlanması və bitməsi hansısa bir tarixlərə yox, havanın temperaturundan asılı olaraq müəyyən edilsin”.
O qeyd edib ki, razılıq olsa belə, bu, növbəti mövsümdən tətbiq olunacaq:
“Hazırkı istilik mövsümü 15 apreldə başa çatıb və onun uzadılması müzakirə edilmir”.
- Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib?
- Deputatdan blogerlərlə bağlı təklif: Diplomu olmalıdır!
- Hadrut və Qırmızı Bazara növbəti köç oldu - Foto
- Xüsusi qabiliyyət imtahanlarına start verilir
- "Qurtuluş"un rəhbəri hakim qarşısında...
- Məcburi köçkün statusu yenidən tənzimlənir
- Yaş məhdudiyyəti: yeni cərimələr müəyyənləşir
- 4 xəstəxanada yoxlama aparılır - Rəsmi