Aprelin 17-i Güney Azərbaycanın Qəzvin şəhərində tibb işçiləri etiraz aksiyası keçiriblər.
BUTA.TV xəbər verir ki, əyalət valiliyinin binası qarşısına toplaşan işçilər qanunla nəzərdə tutulan hüquqlarının pozulmasına etiraz ediblər.
Etirazçılar inflyasiyanın səviyyəsi ilə əmək haqlarının uyğun olmadığını, maaş artımı və əlavə ödənişlərlə bağlı vədlərin yerinə yetirilmədiyini bildiriblər.
Qeyd edək ki, İranda az əmək haqqı aldıqlarına və dövlət tərəfindən yetərli qayğı görmədiklərinə görə son illər həkim, tibb işçisi və tibb bacılarının xaricə axını çoxalıb.
- Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib?
- Deputatdan blogerlərlə bağlı təklif: Diplomu olmalıdır!
- Hadrut və Qırmızı Bazara növbəti köç oldu - Foto
- Xüsusi qabiliyyət imtahanlarına start verilir
- "Qurtuluş"un rəhbəri hakim qarşısında...
- Məcburi köçkün statusu yenidən tənzimlənir
- Yaş məhdudiyyəti: yeni cərimələr müəyyənləşir
- 4 xəstəxanada yoxlama aparılır - Rəsmi