Ermənistanın baş naziri Nikol Paşinyanın dünən Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini tanıdıqlarını, bura Qarabağın da daxil olduğu haqda dediklərindən sonra Xankəndidə separatçılar arasında çaxnaşma başlayıb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, gecə saatlarında separatçıların qondarma “parlamenti” təcili toplanıb.
Erməni mənbələr yazır ki, separatçılar arasında ciddi narahatlıq yaranıb.
“Təcili iclasın məqsədi Paşinyana etiraz etmək. “Öz müqəddəratını təyinetmə” məsələsini gündəmə gətirmək idi, həmçinin, Araik Arutyunyandan erməni baş nazirə etiraz etməsi tələb olunub. Paşinyanın sözlərinə cavab olaraq “bəyanat” qəbul olunub”, - “Hraparak” nəşri yazır.
Separatçıların qondarma bəyanatı gecə saatlarında yayımlanıb. Bəyanatda Brüssel razılaşması, o cümlədən, Ermənistan tərəfindən imzalanan sənədləri qəbul etmədiklərini bildirir, Paşinyan ittiham olunur.
Separatçıların keçmiş “başçıları” Arkadi Qukasyan və Bako Saakyan da Paşinyana etiraz edib. Onların etirazı qondarma deputatların “siz də danışın, əks halda Paşinyanla razı olduğunuzu düşünəcəyik” xəbərdarlığından sonra edilməsi, buna məcbur qaldıqlarından xəbər verir.
Erməni mənbələr gecə saatlarında keçirilən təcili toplantının digər məqsədinin Bakıya “mübarizə aparacağıq” mesajının verilməsi idi. Separatçılar Ermənistanın Azərbaycan ərazisini tanımasından sonra Bakının onların zərərsizləşdirilməsi istiqamətində addımlar atacağından qorxurlar.
Digər məlumatlara görə, Paşinyanın bəyanatının Qarabağdakı erməni əhalisi arasında da çaxnaşma yaratdığını yazır. Məlumatlara görə, açıq mətnlə səslənən bu fikirlər ermənilərin “ya ərazini tərk etmək, ya da Azərbaycan vətəndaşlığını qəbul etmək” seçimini qətiləşdirir və üçüncü seçimin olmadığı gerçəyini ön plana çıxarır.
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...
- ABŞ ilk dəfə açıqladı: Bakı və İrəvan arasında dəhşətli müharibə...
- Yeni sülh planı: Kiyev nə qazanır və nələr itirir?