Prezident İlham Əliyevin liderliyində Azərbaycan milli maraqlarına uyğun olaraq inkişaf yolunda inamla irəliləyir.
BUTA.TV xəbər verir ki, bunu Çinin xarici işlər nazirinin müavini Ma Caosu Pekində Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə deyib.
O, əmin olduğunu vurğulayıb ki, zəhmətkeş və müdrik Azərbaycan xalqı yeni-yeni nailiyyətlər qazanacaq.
Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edən Çinin xarici işlər nazirinin müavini Ma Caosu, ötən ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçirilmiş görüşdə dövlət başçıları Si Szinpin və İlham Əliyevin ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı, qarşılıqlı etimadın və dəstəyin gücləndirilməsi ilə bağlı razılıq əldə etdiklərini xatırladıb.
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...