Britaniyanın uzaq mənzilli "Storm Shadow" silahlarının bütün zərbələri təsirli olub. Ukraynanın bu tip silahlara ehtiyacı olacaq. "Storm Shadow" buraxılış zamanı 100% hədəfləri vurub.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Müdafiə naziri Aleksey Reznikov deyib.
"Hazırda döyüş meydanında Ukrayna Silahlı Qüvvələrini gücləndirə biləcək tərəfdaşlarla danışıqlar aparırıq. Ruslar yaxşı tələbələrdir, öyrənirlər. HİMARS və digər texnikaların uğurlu tətbiqindən sonra onlar 120 km-dən çox məsafədə öz komanda postlarını və döyüş sursatlarını gizlətməyi öyrəndilər. Təbii ki, bundan sonra bizə 150 km və ya daha çox məsafədə atəş edəcək silahlar lazımdır”, - Reznikov bildirib.
O vurğulayıb ki, bəzi Qərb ölkələrinin silah vermə tərəddüdləri eskalasiya qorxusu ilə deyil, bu silahların o qədər də çox olmaması ilə bağlıdır.
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...