Sosial layihələrə pul ayrılır, ancaq istifadə edilmir

12:54 - 31 May 2023 - GÜNDƏM

 Sosial layihələrə pul ayrılır, ancaq istifadə edilmir

Büdcə vəsaitlərinə nəzarət gücləndirilməlidir.

BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O qeyd edib ki, biz Hesablama Palatası yaradıb hesabatları dinləməklə işimizi bitmiş hesab edirik. Amma Milli Məclis büdcəni ciddi icra etməyənlərə nəzarət etməldir:

“Parlament büdcə vəsaitlərini düzgün icra etməyənlərlə bağlı ciddi cəza tədbirlərinin görülməsini təmin etməlidir: Büdcədən ayrılmış və istifadə olunmayan vəsaitlər məsələsi həll olunmalıdır. Sosial layihələrə ayrılan pullar bir çox hallarda icra edilmir. Bölüşdürülməmiş xərclər məsələsi də öz həllini tapmalıdır”.

Bu xəbər hal-hazırda çox oxunur
Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Qüdrət Həsənquliyev bildirib ki, hökumət üzvlərinin burada olmasından istifadə edərək metrodakı sıxlıqla bağlı onları məlumatlandırmaq istəyir:

“Həm bununla, həm də nəqliyyat sıxlığının aradan qaldırılması üçün zəruri işlər görülməlidir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol