Rus könüllülərin Belqoroda ilk hücumundan sonra Rusiya Silahlı Qüvvələrinin Luqansk vilayətinin Kremennoy şəhərinin yaxınlığında yerləşdirilən qüvvələri Belqorod vilayətinin müdafiəsinə göndərilib.
Hazırda Ukrayna ordusu hibrid üsullardan istifadə edərək Moskva və Rusiyanın digər şəhərlərinə zərbələr endirərək düşməni ruhdan salır, dezorientasiya yaradır.
Şərq cəbhəsində döyüşlər davam edir və Rusiyanın müdafiə potensialı tədricən azalır, hər iki tərəf Şərq qruplaşmalarında rotasiyaya start verib.
Böyük Britaniyanın Ukraynaya uzaqmənzilli raketlərin son tədarükündən sonra Rusiyanın Donetsk, Luqansk, Volnovaxa, Mariupol, Berdyansk və Tokmak şəhərində yerləşən logistika mərkəzlərinə, hərbi bazalarına, silah-sursat anbarlarına, idarəetmə mərkəzlərinə zərbələrin intensivliyi kəskin artıb.
Qərb Ukraynaya silah tədarükünü artırır və HHM sistemlərini gücləndirir.
Rusiya da raket zərbələrin intensivliyini kəskin artırıb, baxmayaraq ki, raketlərin əksəriyyəti Ukraynanın müasir HHM sistemləri tərəfindən zərərsizləşdirilir, amma hədəfə dəyənlər də olur.
May ayında Ukrayna 2 parametr üzrə rekord sayda nəticə əldə edib. Rusiyanın 553 artilleriya qurğusu və 665 PUA-sı məhv edilib. 24 fevral 2022-ci ildən bu günə qədər bu rekorddur.
İyun ayı ərzində son dərəcədə gərgin döyüşlər və mürəkkəb hərbi əməliyyatların şahidi olacağıq, o cümlədən Rusiyanın ərazisində.
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı