Rusiya Qərb kimi davranmır və digər ölkələrin daxili siyasi proseslərinə qarışmır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kamal Kılıçdaroğlunun iddialarına münasibət bildirərkən deyib.
“Biz əlaqələrimizin bütün spektrini inkişaf etdirmək üçün Türkiyə tərəfi ilə sistemli işi davam etdirmək niyyətindəyik. Bir daha deyirik ki, biz kollektiv Qərbdən nümunə götürmürük və başqa dövlətlərin daxili işlərinə qarışmağa cəhd etmirik. Türk xalqı öz demokratik iradəsini nümayiş etdirib. Biz bu seçimə hörmətlə yanaşırıq”, - o bildirib.
Qeyd edək ki, ki, Kamal Kılıçdaroğlu Rusiyanı Türkiyədə keçirilən seçki proseslərinə müdaxilədə günahlandırmışdı.
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı