Ermənistan və Azərbaycan ərazi bütövlüyünə qarşılıqlı hörməti bir daha təsdiqləyiblər.
BUTA.TV xəbər verir ki, bu barədə Moldovada keçirilən beştərəfli qeyri-rəsmi görüşün yekunlarına dair Yelisey Sarayının bəyanatında deyilir.
“Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan Baş naziri Paşinyan Fransa və Almaniya liderlərinin, eləcə də Avropa Şurasının rəhbərinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Azərbaycan Prezidenti və Ermənistan Baş naziri 2022-ci il oktyabrın 6-da Praqada Almatı bəyannaməsi ilə müəyyən edilmiş sərhədlərə hörmətlə yanaşmağa sadiq olduqlarını bir daha təsdiq etdilər. Eyni zamanda, onlar Azərbaycan və Ermənistanın ərazi bütövlüyünə qarşılıqlı hörməti bir daha təsdiqləyiblər”, - bəyanatda deyilir.
Qeyd olunur ki, Avropa liderləri Ermənistan və Azərbaycanı bütün öhdəliklərinə, xüsusən də hərbi əsirlərin tezliklə azad edilməsinə əməl etməyə çağırıb.
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı