İyunun 3-də Türkiyə Böyük Millət Məclisində keçiriləcək Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə dünyanın 25 lideri və 45-ə yaxın nazir qatılacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb .
Məlumata görə, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və digər türk respublikalarının liderləri iştirak edəcək.
Bir sıra ölkələr isə xarici işlər nazirləri səviyyəsində qatılacaq. Somali, Əlcəzair, Balkan ölkələrinin prezidentlərinin, Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman əs-Saninin andiçmə mərasiminə qatılacağı bildirilib.
Qeyd edilib ki, NATO Baş katibi Yens Stoltenberq də mərasimdə iştirak edəcək. Andiçmə mərasimindən sonra Ərdoğanın ilk qonağı BƏƏ əmiri Məhəmməd bin Zayed ən-Nəhyan olacaq. Hər iki lider görüşdən sonra İstanbulda keçiriləcək Çempionlar Liqasının final matçını izləyəcək.
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı