Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının 21 vitse-prezidentindən biri kimi İran nümayəndəsinin təyin edilməsi beynəlxalq müstəvidə tənqidlərə səbəb olub.
BUTA.TV xəbər verir ki, təyinat xarici mediada böyük reaksiya doğurub.
ABŞ İranın Birləşmiş Millətlər Təşkilatının mexanizmlərinə əməl etmədiyi barədə xəbərdarlıq edib.
“İran vicdanlı vasitəçi rolunu oynaya bilməz. Çünki o, beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə çalışmadığını, əksinə, onun əleyhinə fəaliyyət göstərdiyini dəfələrlə nümayiş etdirib”, - ABŞ-ın BMT-dəki nümayəndəsi bildirib.
İsrail nümayəndəsi isə bəyanatında bu təyinatı “rüsvayçılıq” adlandırıb:
“Ayətullah rejimi öz vətəndaşları, Yaxın Şərq və dünya üçün təhlükədir və bu təyinat Birləşmiş Millətlər Təşkilatının ən aşağı səviyyəyə çatdığını göstərir”.
Beynəlxalq insan haqları təşkilatları və hüquq müdafiəçiləri də İran nümayəndəsinin BMT-nin 78-ci Baş Assambleyasının vitse-prezidenti təyin edilməsindən narazılıqlarını bildiriblər.
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı