Hər bir insanın içində bir istedad var. O istedadı vaxına üzə çıxartmaq isə əsas məsələdir.
BUTA.TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “ASAN xidmət”in təşkilatçılığı ilə keçirilən İnsan Resursları və İdarəetmə Forumunda deyib.
O bildirib ki, insanı dəyişdirən onun mühitidir:
"İnsan hansı mühitdə doğulub, yaşayırsa, o mühitin təsiri altında formalaşır. Hər bir şəxs dünyaya müəyyən istedadla gəlir. Lakin mühit o istedada nə qədər şərait yaradır? Əsas sual budur. Uşaq üçün ən yaxşı inkişaf dövrü ana bətnindən 3 yaşına qədərki dövrüdür. Bu dövrdə uşaq daha çox şey öyrənir. Yaxşı xəbər ondan ibarətdir ki, bu dövrdə uşağın inkişafı üçün böyük maliyyə tələb olunmur. Hər bir valideyn uşağı ilə oynasa, ona çox yox həftədə 5 saat kitab oxusa, bu, gələcəkdə on milyonlarla, yüz milyonlarla pul xərcləniləcək layihələrdən daha effektiv olar. Bundan sonrakı əsas mərhələ isə uşağın məktəb təhsilidir".
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı