Taekvondoçumuz 1/8 finala yüksəldi

13:44 - 4 İyun 2023 - GÜNDƏM

 Taekvondoçumuz 1/8 finala yüksəldi

Bakıda təşkil olunan taekvondo üzrə dünya çempionatında son günün döyüşlərində taekvondoçumuz dünya çempionatında 1/8 finala yüksəlib.

BUTA.TV xəbər verir ki, Azərbaycan millisinin heyətində Həmidrza Bədriəliabadi çempionata qələbə ilə başlayıb. O, 1/16 finalda Nouhum Diavaranı (Mali) 2:1 hesabı ilə məğlub edib. Taekvondoçumuz ikinci qarşılaşmasında fransalı Omar El Yazidini sınağa çəkəcək.

Mundaildə bu gün qadınlarda 53 kq, kişilərdə +87 kq çəki dərəcələrində mükafatçılar bəlli olacaq.

Digər yığma üzvü Səmərrux Osmanova 1/16 finalda Mariella Bou Habib (Livan) ilə üz-üzə gəlib. 1:2 hesabı ilə uduzan təmsilçimiz yarışla vidalaşıb.

Bu xəbər hal-hazırda çox oxunur
Nazir Rus Evi ilə bağlı iddialara son qoydu

Dünya çempionatına 145 ölkədən 949 taekvondoçu qatılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol