Sülh sazişi tezliklə imzalanacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri beynəlxalq ekspert, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza sülh danışıqları haqda Globalinfo.az-a açıqlamasında deyib.
“Düşünürəm ki, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel və ABŞ Dövlət katibi Entoni Blinkenin ev sahibliyi etdikləri son görüşlərdən əldə olunan müsbət dinamika davam edərsə, tezliklə sülh sazişi imzalana bilər. Fransa lideri Makronu müzakirələrdən kənarda saxlamaq da prosesə müsbət təsir edəcək”.
M.Brayza vurğulayıb ki, sülh müqaviləsi hələ 1998-99-cu illərdə imzalana bilərdi:
“Davamlı tərəqqi üçün ən ciddi təhlükə 1999-cu ildə Ermənistan parlamentində ovaxtkı baş nazir Sərkisyanın öldürülməsi, eləcə də keçmiş prezident Levon Ter-Petrosyanın hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnən radikal erməni millətçiliyi oldu. Yəni 1998-ci ildə həmin iki erməni liderin də Azərbaycan Prezidenti Heydər Əliyevlə güzəştə getməyə hazır olduqları məqamlar vardı”.
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı