AB-nin mülki missiyasının Ermənistanda üç yeni əməliyyat mərkəzi yaratması bir neçə halla bağlıdır. Birincisi, Qafanda mülki missiya tərəfindən əməliyyat mərkəzinin açılması Rusiyanın Zəngəzurdə konsulluq açacağı elanına birbaşa cavab idi. İkincisi, Ermənistan geosiyasi mərkəzlərin toqquşması meydanına çevrilir və bu mərkəzlərin yaradılması da bunun təzahürlərindən sadəcə biridir.
BUTA.TV xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.
“Üçüncüsü, AB səfirləri bir neçə məqsədlə Ermənistandadırlar: Rusiya və İran qoşunlarının hərəkətinə nəzarət etmək, azərbaycanlıların sovet illərində yaşadıqları Ermənistan ərazisinə “qayıtılmasını” təmin etmək”, - o bildirib.
Matevosyan qeyd edib ki, İrəvanın AB müşahidəçilərinin Ermənistanda nəyə xidmət etdiyinə dair anlayışı AB-nin şəxsi anlayışından çox fərqlidir:
“AB başqa məqsədlər üçün buradadır. Böyük ehtimalla, Yeğeqnadzorda (Keşişkənd) fəaliyyət göstərən mərkəz kifayət qədər səmərəli işləyirdi və indi onlar genişlənir. Hər şey olduqca məntiqlidir. AB müşahidəçiləri İrəvanda sorğu-sualla məşğuldurlar. Məsələn, ermənilər azərbaycanlılarla birgə yaşamağa hazırdırmı? Müharibə olarsa nə edəcəklər? Azərbaycanlılarla iqtisadi qarşılıqlı əlaqələri təsəvvür edirlərmi? Bu o deməkdir ki, AB-nin Yeğeqnadzorda (Keşişkənd) fəaliyyət göstərən Əməliyyat Qərargahı səmərəli işləyir və hazırda fəaliyyətini genişləndirmək qərarına gəlib”.
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı