Britaniya Kaxovka SES-in partladılmasından sonra bölgədə yaranan böhranın aradan qaldırılması üçün Ukraynaya 16 milyon funt sterlinq humanitar yardım göndərəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Bu yardım təxminən 42 min insana dəstək olacaq. Eyni zamanda, göndəriləcək məbləğ bölgədə aparılan işlərə xərclənəcək. Yardım sığınacaqlara, ilkin ehtiyaclara, sel və münaqişələr səbəbindən yurdundan didərgin düşən köçkünlərə sərf ediləcək”, - bəyanatda bildirilib.
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi