Kremldə başa düşürlər ki, Putin Ukraynaya qarşı başladığı müharibədə qalib gələ bilməz. İndi Putinin istefasına hazırlaşırlar.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.
“Qərb artıq Rusiyanın nüvə təhdidlərindən qorxmur. Bundan əlavə, rus hərbçiləri Ukraynanın əks-hücumunu cilovlaya bilməyəcək. Rusiya Ukrayna ordusunu çaxnaşma içində saxlamaq üçün Kaxovka su elektrik stansiyasını partladıb. Hətta rus təbliğatçısı Solovyov da bu məsələdə Ukraynanı ittiham etməkdən əl çəkdi. Solovyov bildirib ki, bənd təbii səbəblərdən dağılıb. Hazırda Rusiya elitasında başqa, çox nüfuzlu bir partiya meydana çıxıb. Eyni zamanda, “kapitulyasiya partiyası” da var. Bu partiyanın cəbhəçisi, təbii ki, hər gün Müdafiə Nazirliyini tamamilə yararsız, oğru təşkilatı kimi ifşa edən və əslində ən qızğın tərəfdarlarını yetişdirən Priqojindir”, - o bildirib.
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub